25 C
Baku
27 İyul 2024, 7:05
Baş xəbərTexnologiya

Google-da bu adları axtararkən iki dəfə düşünün!

Bugun.tv xəbər verir ki, internetdə axtarış üçün ən təhlükəli adlar açıqlanıb. Bu adları axtardığınız zaman aldadılma ehtimalınız yüksəkdir.

Bunu təhlükəsizlik şirkəti McAfee Labs elan edib.

Bu adlar içərisində Hollivudun ən məşhur simalarından biri olan Ryan Gosling də var. O, “Barbie The Notebook” və “Blade Runner 2049” kimi filmləri ilə tanınır. Təhlükəsizlik şirkətinin yeni hesabatı göstərir ki, aktyorun adı ən çox fırıldaqçılar tərəfindən zərərli proqram və ya riskli saytlar yaratmaq üçün istifadə olunur. Məlumata görə, Emily Blunt, Jennifer Lopez və ya Zendaya-nı axtarmaq da sizi riskli saytlara apara bilər. Belə ki, populyarlığın artması fırıldaqçıları da öz pis niyyətlərini həyata keçirməyə həvəsləndirir.

“Kibercinayətkarlar indi ən son süni intellekt alətlərindən istifadə etməklə çox mürəkkəb saxtakarlıqlara yol verirlər. İnsanları onlayn təhlükəsiz saxlamaq və onların məxfiliyini və şəxsiyyətini qorumağa kömək etmək üçün istehlakçılar diqqətli olmalı və nəyisə tıklamadan əvvəl 2 dəfə düşünməlidirlər”, – deyə təhlükəsizlik şirkəti xəbərdarlıq edib.

İntizar Əmirova

Oxşar xəbərlər

“Business Hunter” klubunun rəsmi açılış mərasimi baş tutdu

Kəmalə Sultan

Türkiyə lideri ata və anasının məzarını ziyarət etdi

Nigar Məmmədova

137 gün dənizdə qalan macəraçı belə xilas olundu

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu