8 C
Baku
12 Dekabr 2024, 6:38
Texnologiya

Google ilə effektiv axtarış – 18 qızıl qayda

Gündəlik həyatda müxtəlif informasiyaları axtarmaq üçün Google axtarış motorundan istifadə edirik. Bir çox halda axtardığımızı rahat tapırıq, bəzi hallarda isə çətinlik çəkirik. Hərdən elə olur ki, axtarışlarımız heç bir nəticə vermir. Amma atalar deyib ki, axtaran tapar. Demək ki, nəticə necə axtarmağımızdan asılıdır. Biz sizə Google axtarış motorunda düzgün axtarışın 18 qızıl qaydasını göstərəcəyik.

Qayda-1: Əgər siz bu və ya bu şəklində sorğu vermək istəsəniz, | (pipe symbol) simvolundan istifadə etməlisiniz məsələn neft | qara qızıl Bu zaman Google həm neft, həm də qara qızıl sözləri rast gəlinən səhifələri axtarıb tapacaq.

Qayda-2: Dırnaq işarələri. Əgər konkret olaraq müəyyən ifadəni axtarmaq istəyirsinizsə, dırnaq işarələrindən istifadə etməlisiniz məsələn “Mingəçevir işıqları”

Google

Bu zaman Google yalnız Mingəçevir işıqları qəzetinə aid olan məlumatları tapıb bizə göstərəcək yox əgər biz dırnaq işarələrindən istifadə etməsəydik bu zaman Google hansı cümlədə və mətndə ayrı ayrılıqda işlənmiş Mingəçevir və işıqları sözü varsa onları da bizə göstərəcək. Belə qənaətə gəlirik ki, dırnaq işarəsi bizə söz birləşməsini tam şəkildə axtarmağa kömək edir.

Qayda-3: Bu qayda ilə biz Google axtarış matoruna YOX məntiqi ilə yanaşacayıq. Məsələn biz tərəvəzlər haqqında axtarış etmək istəyirik lakin bizə soğan ilə bağlı heç bir nəticə lazım deyil. Bu zaman biz  işarəsindən istifadə etməliyik. Məsələn: tərəvəz -soğan Əlavə olaraq qeyd edək ki, – bu işarə soğan sözünə, yəni axtarış zamanı nəticəsini görmək istəmədiyimiz tərəvəzin adına bitişik halda yazılmalıdır.

Qayda-4: Əgər axtarmaq istədiyiniz sözün və ya ifadənin tamamını xatırlamırsınıza o zaman * simvolundan istifadə edə bilərsiniz. Məsələn: Qubanın * alması Bu zaman Google bizə Qubanın ağ alması haqqında axtarışın nəticələrini təqdim edəcək. Daha bir misal göstərə bilərik. Əgər axtarış zamanı *pedia.org yazsaq, axtarış motoru bizə wikipedia.org saytı haqqında məlumatı tapacaq.

Qayda-5:Ətraflı axtarış. Əgər Siz yuxarıda sadalanan operatorlardan hər hansı birini unutmusunuzsa və ya daha ətraflı axtarış aparmaq istəyirsinizsə, o zaman Google-un Ətraflı axtarış (Advanced Search – Расширенный поиск) imkanından yararlana bilərsiniz. Bunun üçün sağ yuxarı küncdəki əyarlar menyusundanƏtraflı axtarış (Advanced Search – Расширенный поиск) opsiyasını seçmək lazımdır:

Bu zaman qarşımıza Google-un ətraflı axtarış pəncərəsi çıxacaq. Biz ətraflı axtarışın köməkliyi ilə daha dəqiq nəticə əldə edə bilərik. Məsələn meyvə sözünü axtarış motoruna yazıb axtarış edirik və ətraflı axtarış pəncərəsini çağıraraq dəqiq söz və ya ifadə olan hissədə bizə dəqiq lazım olan sözü dırnaq işarəsi arasında yazırıq. Bizə alma və armud haqqında məlumat lazımdırsa o zaman “alma armud” yazırıq. Bu sözlərdən hər hansı biri haqqında məlumat lazımdırsa ətraflı axtarış pəncərəsinin bu sözlərdən hər hansı biri hisəsinə alma or armud yazırıq. Axtarış zamanı hansı meyvə haqqında məlumat almaq istəmiriksə onları bu sözlərdən heç biri yazılan hissəyə qarşısına – işarəsi və aralarında vergül işarəsi qoyaraq yazırıq.

Mələsən: -portağal, -banan, -alça, -gavalı, -heyva, -nar.

Bunlardan başqa ətraflı axtarış zamanı meyvənin dəqiq çəkisi, qiyməti və s. haqqında daha ətraflı məlumat axtara bilərsiniz. Daha aydın şəkildə belə bir izah verək, məsələn tanışlarınızdan biri deyir ki, bir neçə il bundan qabaq internetdə Rusiyanın xəbər saytlarının birində oxudum, dəqiq yadımda deyil 5 ya da 10 kq almanı, 700  ya 900 dollar dəyərində satıblar. Siz bu xəbəri daha rahat tapa bilmək üçün ətraflı axtarış ayarlarından istifadə edə bilərsiniz. Bu zaman ətraflı axtarışın rəqəm sıralaması hissəsinə 2019..2021 (yəni bu illərdə yayımlanmış məlumatlar tapılsın), 5..10 kg (bu çəki aralığında olan məlumatları axtarsın) və $700..$900 yazaraq dəqiq axtarış edə bilərsiniz.

Əlavə olaraq ətraflı axtarışdan istifadə edərək, yalnız seçdiyiniz dil və ölkə üzrə axtarış etmək mümkündür.

Qayda-6: Tərif. Əgər Sizi hansısa sözün (termin, anlayış və s.) tərifi maraqlandırırsa, bunun üçün define: açar sözündən istifadə edin: define: Torium bu zaman Google sizə axtardığınız sözün tərifini təqdim edəcək.

Qayda-7: Kalkulyator. Biz Google-dan istifadə edərək həm də riyazi hesablamaların nəticələrini tapa bilərik. Yanlış eşitmədiniz, Google bizim üçün kalkulyatoru əvəz edə bilər. Bunun üçün axtarış üçün nəzərdə tutulmuş hissəyə sadə riyazi hesablama yazıb axtar düyməsini basmaq kifayətdir.

Qayda-8: Ədəd intervalları. Axtarış sorğusunda ədəd intervallarından (n..m) istifadə edilə bilər: Bakı 1990..1995 Bu zaman Google Bakı və göstərilən interval ilə əlaqəli nəticələri çıxaracaq.

Əgər bizə konkret dövr ilə bağlı nəticə lazımdırsa bu zaman alətlər (Tools – Инструменты) bölməsindən Hər hansı dövr (Any time – За всё время ) seçənəklərindən istifadə edə bilərik.

Qayda-9: Sayt daxilində axtarış. Əgər Siz axtarışı konkret bir sayt daxilində aparmaq istəyirsinizsə, o zaman site: operatorundan istifadə etməlisiniz: icra başçısı site:mi-news.az Bu zaman Google Icra başçısı sözlərini yalnız https://mi-news.az saytı daxilində axtarıb nəticələri ona görə təqdim edəcək.

Qayda-10: Kateqoriya üzrə axtarış. Google axtarış motoru imkan verir ki, axtarışı konkret kateqoriya üzrə apara bilək:

Qayda-11: Film. Google-da filmləri, onların hansı kinoteatrda nümayiş etdirildiyi daha rahat tapa bilmək üçün xüsusi movie: operatorundan istifadə edə bilərsiniz: movie:Titanic  bu zaman Google Titanic filminin nümayiş etdirildiyi kinoteatrlar, seans saatları və s. məlumatları təqdim edəcək.

Qayda-12: Musiqi. Google-da konkret olaraq musiqini axtarmaq üçün xüsusi music: operatorundan istifadə edə bilərsiniz: music:Sarı gəlin Bu zaman Google Sarı gəlin mahnısı ilə bağlı nəticələri təqdim edəcək.

Qayda-13: Konvertasiya. Google ilə ölçü vahidləri arasında konvertasiya aparmaq mümkündür: Bunun üçün axtarış zamanı 10 kg = və ya buna bənzər ifadələr yazmaq kifayətdir.

Qayda-14: Məzənnə. Google valyutaların məzənnəsini öyrənməyə də imkan verir. Məzənnələr Citibank-dan (ABŞ) götürülür. Bunun üçün də sadəcə 1 dollar və ya hər hansı bir valyutanı yazmaq kifayət edir:

Qayda-15: Fayl tipi. Əgər Sizin axtarışınız konkret bir fayl tipi üzrədirsə, xüsusi filetype: və ya ext: operatorundan istifadə edə bilərsiniz: Azerbaijan filetype:ppt və ya Azerbaijan ext:ppt Bu zaman Google Azerbaijan ilə bağlı nəticələri verilmiş fayl tipinə görə təqdim edəcək.

Qayda-16: Yerinə görə axtarış. Adi qaydada Google sorğuda verdiyimiz sözləri hər yerdə axtarır. Amma biz Google-dan axtarışı aşağıdakı yerlər üzrə aparmasını istəyə bilərik.  Aşağıdakı nümunələri nəzərdən keçirin:

Qayda-17: Səhifələrin keşlənməsi. Google keşlənmiş səhifələrə baxmağa imkan verir. Bunun üçün axtarış sonrasında Sizi maraqlandıran nəticənin sağındakı 3 nöqtəyə vurmaq və açılan pəncərədən Cached opsiyasını seçmək lazımdır:

Qayda-18: Şəkilə görə axtarış. Google ilə verilmiş şəkilə görə axtarış aparmaq mümkündür. Bunun üçün aşağıdakı linkə daxil olmalısınız:

https://images.google.com
Teymur Əziz

Oxşar xəbərlər

Apple, iPhone-lara süni intellekt gətirmək üçün Çinlə danışıqlar aparır

Bugün TV

Artıq qulaqcıqlar sağlamlığımıza xidmət edəcək

Aynur Camal

“Twitter” Rəqəmsal Nifrət Mərkəzini məhkəməyə verir

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu