Baş xəbərSəhiyyə

“Hər il keçrilməsinə qərar verilən Türk Tibb Dünyası Konqresi Azərbaycan səhiyyəsi üçün tarixi qərardı”

 Türk Tibb Dünyası Konqresi çərçivəsində Azərbaycan səhiyyə naziri Türk Dövlətləri Təşkilatının Baş katibi və TDT-yə üzv ölkələrdən olan həmkarları ilə ikitərəfli görüşlər keçirib.

 Türkiyə Prezidenti Administrasiyasının himayəçiliyi, Türk Dövlətləri Təşkilatının və Türkiyə Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçirilən Türk Tibb Dünyası Konqresi davam edir.

 Beynəlxalq tədbir çərçivəsində bu gün Azərbaycanın səhiyyə naziri Teymur Musayev Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevlə, həmçinin Türkiyənin səhiyyə naziri Fahrettin Koca, Qazaxıstanın səhiyyə naziri xanım Ajar Giniyat, Qırğızıstanın səhiyyə naziri xanım Gülnara Baatırova və Özbəkistanın səhiyyə naziri Bexzod Musayevlə ikitərəfli görüşlər keçirib.

  Konstruktiv və qarşılıqlı anlaşma mühitində keçən söhbətlər zamanı səhiyyə və tibb elmi sahəsində ölkələr arasında əməkdaşlığının mövcud vəziyyəti və potensial inkişaf imkanları, həmçinin əczaçılıq sahəsində ikitərəfli əlaqələrin perspektivləri müzakirə olunub.

  Görüşlər zamanı Türk Dövlətləri Təşkilatının VIII Zirvə görüşünün sonunda dövlət və hökumət başçılarının hər ilin oktyabr ayında Türk Tibb Dünyası Konqresinin keçirilməsinə dair birgə razılığı ölkələrimizin səhiyyə ictimaiyyəti üçün tarixi qərar olduğu vurğulandı. Bildirildi ki, TDT-nin üzv ölkələrin səhiyyə nazirlərinin və elm adamlarının iştirakı ilə yaradılan bu platforma nəinki təşkilatda təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək qarşılıqlı əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır.

Aynur Camal

Oxşar xəbərlər

“Junior Eurovision” Mahnı Müsabiqəsi 2023-ün yeri və vaxtı açıqlanıb

Aynur Camal

Göyçayda  “Təmiz hava” aylığı ilə bağlı tədbir keçirildi

Bugün TV

“Ukraynaya tank göndərilməsi NATO ilə Rusiya arasında müharibəyə gətirib çıxara bilər “

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu