24 C
Baku
22 Sentyabr 2026, 23:25
Digər

Google xəbər yaza bilən süni intellekt texnologiyasını sınaqdan keçirir

Bugun.tv xəbər verir ki, Google-un xəbər məzmunu istehsal edə bilən “Genesis” adlı yeni süni intellekt texnologiyasını sınaqdan keçirdiyi açıqlanıb.

The New York Times-ın məlumatına görə, jurnalistlərə kömək etmək üçün inkişaf etdirilən süni intellekt texnologiyası The New York Times, The Washington Post qəzetinin sahibi olan News Corp-un rəhbərlərinə verilib.

Bildirilib ki, Google-un “Genesis” adlandırdığı texnologiya ona verilən istənilən məlumatdan, o cümlədən cari hadisələrdən xəbər mətnləri hazırlaya bilir.

Google, jurnalistlər üçün “şəxsi köməkçi” kimi xidmət etmək üçün hazırladığı bu texnologiyanın daha vacib xəbərlər üçün jurnalistlərin vaxtına qənaət edəcəyini düşünür.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu