17 C
Baku
23 Aprel 2025, 22:34
Baş xəbərSiyasət

Görmə qüsuru olan insanlar üçün xüsusi Quran nüsxələri çap olunur

Qafqaz Müsəlmanları İdarəsindən verilən məlumata əsasən, Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Səudiyyə Ərəbistanına səfəri zamanı onu müşayiət edən nümayəndə heyəti ilə Kral Fəhd adına Qurani-Kərim çapetmə kompleksini ziyarət edib.

Burada onu qarşılayan kompleksin baş katibi cənab Atif İbrahim əl-Ülyan kompleks haqqında geniş məlumat verib. Onun sözlərinə görə, burada təkçə son beş il ərzində üç yüz iyirmi milyon  Qurani-Kərim nüsxəsi çap edilərək, dünyanın bir çox ölkələrinə göndərilib. Qurani-Kərim burada 76 müxtəlif dillərə tərcümə edilir.

Bildirilir ki, kompleksdə Qurani-Kərim təfsiri və beş cilddən ibarət görmə qüsuru olan insanlar üçün xüsusi Quran nüsxələri çap olunur.

Şeyxülislam həzrətləri kompleksin xatirə dəftərində yazı yazaraq Kompleksin gördüyü işlərin İslam dininə  və dünya müsəlmanlarına önəmli töhfələr verdiyini qeyd edib.

Eyni zamanda, Şeyxülislam həzrətləri səfəri çərçivəsində Mədinə şəhərində yerləşən Məhəmməd Peyğəmbərin (s.a.s.) məscidini ziyarət edib, Peyğəmbər məqamında Azərbaycan dövləti, prezident İlham Əliyev cənabları  və bütün Azərbaycan xalqı üçün dualar edib. Allah qəbul etsin!

Aynur Camal

Oxşar xəbərlər

İki avtomobil toqquşdu

Bugün TV

Aprelin 10-da gözlənilən hava şəraiti

Aynur Camal

Avtomobil xəndəyə aşıb: 4 nəfər yaralandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu