Baş xəbərDigər

Görmə məhdudiyyətli insanlar audiokitabdan yararlanırlar

“ Audiokitab “-ın direktoru Əhliman Ərşadlının Bugun.tv yə verdiyi məlumata görə , bu tətbiqdən görmə əngəlli insanlarla yanaşı , xaricdə yaşayan soydaşlarımız da istifadə edə bilərlər. Yeddi ildir ki fəaliyyət göstərən “Audiokitab ”-da Azərbaycan klassiklərindən tutmuş müasir yazarların əsərləri də səsləndirilir.Portalda nəinki bədii ədəbiyyat eyni zamanda tarixi , texniki , hüquqi ədəbiyyat da yer alıb.


“Audiokitab”ın mətbuat katibi Əşrəf Həşimoğlu deyir ki , bu layihədə daha çox görmə məhdudiyyətli insanların istəyi nəzərə alınır. Müsahibim görmə məhdudiyyətli olduğu üçün , onlarla whatsapp qruplaşmasında yeni əsərləri və qiraətçilərin səslərini müzakirə edir və dinləmək istədikləri kitabları portala yerləşdirir.


“Audiokitab”ın qiraətçisi “ Yuq” teatrının aktrisası Təranə Ocaqverdiyeva dörd ilə yaxındır bu işlə məşğul olduğunu , Ramiz Rövşənin “ Xəyanət” , Nikolas Sparksın “ Ən dəyərlim “ , Rafiq Şahbazovun “Onun həyatında iki qadın vardı ” adlı kitablarını həvəslə səsləndirdiyini və hər kəsi audiokitabı dinləməyi tövsiyyə edib .

Könül Kərimova

Oxşar xəbərlər

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Deputat fitrə zəkatının verilmə qaydası və vaxtını açıqladı

Aynur Camal

“Məktəbə endirilən zərbə ABŞ istehsalı “Tomahawk” raketi ilə həyata keçirilib”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu