Siyasət

Rusiya Ukraynadan taxıl ixrac edir?

Rusiya  işğal altındakı  Ukraynadan xaricə taxıl göndərir. Bugün.tv  BBC-yə istinadən bildirir ki, Ukrayna rəsmiləri  Rusiyanı 600 min ton taxılını oğurlamaqda və onun bir hissəsini ixrac etməkdə ittiham  edir. Rusiya taxıl oğurladığını inkar edir.Ukraynanın taxıl ehtiyatlarına çıxış beynəlxalq səviyyədə  diqqət mərkəzindədir.  Hər il milyonlarla ton  taxıl Ukraynadan  Afrika və Yaxın Şərqə ixrac olunur.

lakin bu son zamanlar mümkün deyil, çünki Rusiya donanması Ukraynanın Qara dəniz limanlarını bağlayır.   Rusiya tələb edir ki,   Ukrayna  Qara dənizdəki suları təmizləməlidir. ABŞ isə iddia edir ki, Rusiya oğurlanmış Ukrayna buğdasını Afrikadakı quraqlıqdan əziyyət çəkən ölkələrə satmağa çalışır.

May ayının ortalarında ABŞ  Rusiya yük gəmilərinin Ukrayna yaxınlığındakı limanları taxıl yükü ilə tərk etdiyi barədə xəbərdarlıq göndərib

Bugün TV

Oxşar xəbərlər

Zelenskiyə sui-qəsd müharibənin bitməsi demək deyil – Məhəmməd Əsədullazadə

Aynur Camal

Kiyevdə ərzaq qıtlığı və qiymət artımı təhlükəsi artır

Aynur Camal

Tramp-Putin telefon danışığı Ukrayna ilə bağlı yeni planın işarəsidir – ekspert

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu