23 C
Baku
9 İyun 2025, 22:45
Digər

Gözəl kirpiklərə sahib olmaq üçün nə etməliyik?-ARAŞDIRMA

Təssüflə qeyd etməliyik ki, mövsüm dəyişikliyi saç və dəri ilə yanaşı, kirpiklərimizə də təsir göstərir. Kirpik tökülməsi isə sözsüz ki, hər bir xanım üçün arzuolunmaz haldır. Axı, gözlərimizi gözəl və cazibədar göstərən əsas faktor da elə kirpiklərdir. Bəs görəsən, kirpik tökülməsinin qarşısını almaq üçün nə etməliyik ?

Mövzu ilə bağlı  Bugun.tv-nin araşdırmasını təqdim edirik.

Araşdırmalar göstərir ki, gözləri zərərli təsirlərdən qoruyan kirpiklərin tökülməsinə, yanlış baxım və genetik faktor səbəb olur. Bəs görəsən, bu problemdən əziyyət çəkən xanımlar nə etməlidir ?

Uzun, gur və həcmli kirpiklərə sahib olmaq hər bir xanımın arzusudur. Araşdırmalar göstərir ki, kirpiklər orta hesabla 21 gün ərzində tökülür və yenisi ilə əvəz edilir. Bu, təbii prosesdir. Qaşların və kirpiklərin sıxlığı bu zaman dəyişilmir.

Lakin kirpiklərin qısa zamanda və həddindən çox itirilməsi normal deyil. Buna səbəb olan bir sıra faktorlar var.

Mütəxəssislər bildirirlər ki, kirpik tökülməsinə ən çox səbəb olan kosmetik vasitələrdir. Xanımlar daha çox rəngsiz görünməsinlər deyə, günlük həyatlarında tuş və digər kosmetik vasitələrdən istifadə edirlər. Bunlar da gözü yuyarkən tam təmizlənmir. Ona görə də kirpiklər seyrəlir. Xanımlar çox vaxt suyadavamlı kosmetik vasitələrdən istifadə edirlər ki, makiyajları uzunmüddət qalsın. Yaxşı olar ki, üzdən kosmetik vasitələri təmizləyərkən, süd tərkibli  təmizləmə losyonlarından istifadə etsinlər. Suya davamlı kosmetik vasitələri 3 aydan artıq istifadə etmək məsləhət deyil. Seyrək kirpiklərə həcmli və gözəl görünüş bəxş etmək üçün isə, kirpik qaynağı tövsiyyə edilir. Qaynaq kirpiklərə həcmli görünüş bəxş etməklə yanaşı, həm də onun tez uzanmasına səbəb olur. Amma unutmayaq ki, qaynaq edilən kirpiklər də xüsusi qulluq tələb edir. Əgər düzgün qulluq göstərilməsə, istənilən görünüşü əldə etmək olmaz, həmçinin qalıcılığı da az olar.

Qaynaq prosesi bitdikdən 24 saat ərzində kirpiklərə su dəyməməlidir. Ancaq xanımlar bəzən fikirləşir ki, qaynağa daha az su vursalar, qaynağın qalıcılıq müddətini artırmış olacaqlar. Bu, səhv düşüncədir. Qaynaq kirpiklərin diblərinin təmiz olması mütləqdir. Ancaq təmizləyici vasitə seçərkən diqqətli olmaq lazımdır. Yağ və süd tərkibli losyon ilə silmək olmaz. Əks halda, qaynaq yumşalıb sıradan çıxır.

Bəzən xanımlar göz makyajını silmək üçün yanlış vasitələrdən istifadə edirlər. Bu isə yolverilməzdir. Çünki makyajın xaric edilməsi üçün ancaq göz üçün nəzərdə tutulan xüsusi vasitələr var. Və onlardan istifadə olunmalıdır. Əsk halda, bu  kirpik töklümələrinə gətirib çıxaracaq. Həmçinin, kirpikləri (qaynaq istisna) yuduqdan sonra təkibində vitamin olan qidalandırıcı balzam və ya yağlar çəkmək məsləhətdir. Gecə yatmazdan öncə isə “şəffaf müalicə tuşu” adlandırılan vasitə ilə kirpikləri daramaq tövsiyyə olunur.

Baxımlı olmaq təkcə gözəl görünüş üçün yox, həm də sağlamlığımız üçün əhəmiyyətlidir. Bu cür problemlərlə qarşılaşdıqda nə etməli olduğumuzu bilməliyik ki, həm gözəlliyimiz, həm də sağlamlığımız zərər görməsin.

 

 

Bugün TV

Oxşar xəbərlər

“Qoca könlünün həsrəti qəlblərimizi titrədir, doğma Qaraçanta” – Pərvanə İbrahimova yazır…

Nigar Məmmədova

4,4 bal gücündə zəlzələ baş verdi

Bugün TV

“Bəziləri kimi sonradan gəlib müğənnilik etmirəm, 3 yaşımdan oxuyuram”-FOTO

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu