Şimali Avropada fırtına, Boelo fırtınası, Austen fırtınası, elektrik kəsintisi, Şotlandiyada fırtına, Avropada ekstremal hava, güclü külək, iqlim dəyişikliyi
Dünya

Güclü fırtınalar: 150 mindən çox ev elektriksiz qaldı

Şiddətli külək və fırtınalar bir nəfərin ölümünə, bir neçə şəxsin xəsarət almasına, elektrik təchizatı və nəqliyyatda ciddi problemlərə səbəb olub.

Bugun.tv xəbər verir ki, Şimali Avropada Boelo və Austen adlı iki güclü fırtına Böyük Britaniya, Fransa və Almaniyada 150 mindən çox evin elektrik enerjisiz qalmasına səbəb olub. Al Jazeera-nın oktyabrın 26-da yaydığı məlumata görə, fırtınalar həmçinin uçuşların təxirə salınmasına, yolların bağlanmasına və rabitə xidmətlərində fasilələrə yol açıb.

Bazar günü Böyük Britaniyada 82 mindən çox, Fransada təxminən 60 min, Almaniyada isə ən azı 10 min evdə elektrik təchizatı kəsilib. Şotlandiyanın cənub-qərbində aşan ağac 60 yaşlı kişinin həyatına son qoyub. Mərkəzi Şotlandiyada isə aşan ağac nəticəsində iki qadın xəsarət alıb.

Şotlandiyanın Arqayl və Büt bölgələrində küləyin sürəti saatda 135 kilometrə çatıb. Güclü külək nəticəsində aşan ağaclar və qırılan elektrik xətləri Şotlandiya və İngiltərənin şimalında avtomobil yollarında və dəmir yolu xətlərində hərəkəti çətinləşdirib. Hakimiyyət orqanları İngiltərə və Şotlandiyanın bəzi ərazilərində daşqın təhlükəsi barədə də xəbərdarlıq ediblər.

Fransada enerji şirkətinin məlumatına görə, Austen fırtınasının ən güclü olduğu vaxt 288 min ev elektrik enerjisiz qalıb. Almaniyanın Frayburq şəhərində elektrik kəsintisi xəstəxanalardan birinin fəaliyyətinə də təsir edib. Tibb müəssisəsi yalnız təcili yardım tələb edən xəstələrə xidmət göstərmək məcburiyyətində qalıb.

Fırtınalar Niderland və Belçikaya da təsirsiz ötüşməyib. Şimali Avropanın müxtəlif hava limanlarında yüzlərlə uçuş ləğv edilib və ya başqa istiqamətlərə yönləndirilib.

Mütəxəssislər iqlim dəyişikliyi fonunda daha çox ekstremal hava hadisələrinin baş verə biləcəyi barədə xəbərdarlıq edirlər.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

Melaniya Tramp Rusiya və Ukrayna arasında yerli atəşkəsin başladığını açıqladı

Aynur Camal

Qan analizi prostat xərçəngi riskini xəstəlik aşkarlanmamışdan 15 ildən çox əvvəl göstərə bilər

Aynur Camal

Süni intellekt çiplərinə tələbat iqtisadi artımı sürətləndirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu