30 C
Baku
27 İyul 2025, 20:54
Baş xəbərDünya

Güclü külək ciddi fəsadlar törətdi

Gürcüstan ərazisində dekabrın 27-si axşam saatlarından başlayan güclü külək bir sıra ciddi fəsadlar törədib.

Bugun.tv xəbər verir ki, Gürcüstanın şərqindəki Kaxeti bölgəsinin bir neçə rayonunda güclü külək nəticəsində çoxillik ağaclar aşaraq avtomobillərin hərəkətinə maneçilik törədib. Bölgədəki Laqodexi aşırımı bağlanıb. Laqodexi-Kvareli və Laqodexi-Qurcaani istiqamətində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Axmeta rayonunun Kistauri kəndində külək dəmir konstruksiyanı qparıb. Dəmir parçaları 79 yaşlı kişinin üstünə düşərək onun həyatına son qoyub.

Güclü külək Tbilisidə də ciddi problemlər yaradıb. Paytaxtın Qldani rayonunun ərazisində ağaclar aşaraq infrastruktura və avtomobillərə ciddi ziyan vurub. Hazırda Tbilisinin bəzi hissələrinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Tramp həqiqi Pasxa yumurtalarını saxta ilə əvəz etməkdən imtina etdi

Aynur Camal

Daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 28-ə çatdı

Bugün TV

Terror aktı oldu: 21 ölü var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu