Avropa Komissiyası İtaliyaya 16,5 milyard avroluq dördüncü yardım paketi ayırıb.
Bugun.tv xəbər verir ki, İtaliya Nazirlər Şurası ayrılan vəsaitin Avropa İttifaqı tərəfindən müəyyən edilmiş 28 məqsəd və hədəf çərçivəsində əldə olunmuş nailiyyətlərin nəticəsi olduğunu açıqlayıb.
Bildirilir ki, bu məqsəd və hədəflər ədliyyə və dövlət idarəçiliyi sahəsində islahatların həyata keçirilməsinin davam etdirilməsi üçün zəruri tədbirləri, həmçinin sosial inklüzivlik və dövlət satınalmaları sahələrində mühüm islahatları əhatə edir. Vəsait rəqəmsallaşma, xüsusən də yerli dövlət idarəetmə məlumatlarının bulud sisteminə keçidə, kosmik sənayenin inkişafına, yaşıl hidrogen, nəqliyyat, tədqiqat, təhsil və sosial siyasətlə bağlı layihələrə sərf olunacaq.