Baş xəbərDigər

Güclü külək ağacları kökündən qopardıb, fəsadlar yaradıb

Bugün.tv xəbər verir ki,  Mingəçevir şəhərinin bir neçə müxalifət ünvanlarında güclü külək fəsadlar yaradıb.

Hadisə zamanı xəsarət alan olmasada, “Report”un Qərb bürosunun məlumatına görə, Üzeyir Hacıbəyov küçəsində iri gövdəli çinar ağacı qırılaraq qaz borusunun üzərinə düşüb. Nəticədə həmin ünvanda 3 binada yaşayan 45 abonentə qaz verilişində fasilələr yaranıb.

Külək, həmçinin şəhərin Nizami, Nəriman Nərimanov, Aşıq Qurbani, Rəsul Rza küçələrində də müxtəlif növ ağacları kökündən qoparıb.

Qeyd edək ki,  aşmış ağaclar Mingəçevir Yaşıllaşdırma Sanitar Təmizlik İdarəsinin əməkdaşları tərəfinən ərazidən götürülüb.

Aynur Camal

Oxşar xəbərlər

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu