Bugun.tv xəbər verir ki, Hindistanın Qucarat əyalətində Biparjoy qasırğasının təsirli olduğu sahil bölgələrində 3 nəfər həyatını itirib. Ştatın 8 rayonunda 37 mindən çox insan təxliyə edilib, fırtına nəticəsində uçan divarlar altında ikisi uşaq olmaqla ən azı üç nəfər həlak olub.
Hindistanın daxili işlər naziri Amit Şah son illərdə fırtınaların sayında artım olduğuna diqqət çəkib. Hindistan Meteorologiya Departamenti (IMD) “potensial zərərli” hesab edilən fırtınanın sabah Cakhau limanı yaxınlığındakı Sauraştra-Kutch sahillərinə keçəcəyini açıqlayıb.
Biparjoy qasırğasının sürətinin saatda 150 kilometrə çata biləcəyi qeyd edilir. Rəsmilər fırtınanın bir neçə günə Racastan əyalətinə çatacağını proqnozlaşdırırlar.
Mənbə: İndian Express