28 C
Baku
20 İyul 2025, 23:03
Digər

Güclü qasırğa 3 nəfərin həyatına son qoydu

Bugun.tv xəbər verir ki, Hindistanın Qucarat əyalətində Biparjoy qasırğasının təsirli olduğu sahil bölgələrində 3 nəfər həyatını itirib. Ştatın 8 rayonunda 37 mindən çox insan təxliyə edilib, fırtına nəticəsində uçan divarlar altında ikisi uşaq olmaqla ən azı üç nəfər həlak olub.

Hindistanın daxili işlər naziri Amit Şah son illərdə fırtınaların sayında artım olduğuna diqqət çəkib. Hindistan Meteorologiya Departamenti (IMD) “potensial zərərli” hesab edilən fırtınanın sabah Cakhau limanı yaxınlığındakı Sauraştra-Kutch sahillərinə keçəcəyini açıqlayıb.

Biparjoy qasırğasının sürətinin saatda 150 kilometrə çata biləcəyi qeyd edilir. Rəsmilər fırtınanın bir neçə günə Racastan əyalətinə çatacağını proqnozlaşdırırlar.

Mənbə: İndian Express

Nigar Məmmədova

Oxşar xəbərlər

Windows 11 Android proqramlarını dəstəkləməyi dayandıracaq

Teymur Əziz

Əcnəbilərlə ailə quranların sayı 2 dəfə artıb

Nigar Məmmədova

Türkiyə 2028-ci ildə “Kaan” hərbi təyyarəsinin kütləvi istehsalına başlayacaq

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu