24 C
Baku
20 İyul 2025, 3:48
Baş xəbərHadisə

Güclü yağışdan sonra bu şəhər sular altda qaldı

Bugun.tv xəbər verir ki, Ankara son günlər yağan leysan yağışlarından sonra baş verən sellə mübarizə aparır.

Günorta saatlarında şəhərə yağan güclü yağış nəticəsində bəzi küçələrdə gölməçələr əmələ gəlib, sürücülər yolda hərəkət etməkdə çətinlik çəkiblər. Beləki, evlər və iş yerləri su ilə dolarkən, prospekt və küçələr göllərə çevrilərkən, nəqliyyat vasitələri su altında qaldı.

Dükan sahibləri sel təhlükəsinə qarşı iş yerlərinin qarşısında qum torbaları ilə tədbir görüblər. Maşınlar yığılan su səbəbindən irəliləməkdə çətinlik çəkərkən, küçələrdə yağışa hazırlıqsız yaxalanan vətəndaşlar bağlı ərazilərdə gizləniblər.

Bələdiyyə qrupları metronun girişlərində baş verə biləcək su basmasının qarşısını almaq üçün tədbirlər görüb.

Mənbə: Ensonhaber

Kəmalə Sultan

Oxşar xəbərlər

“Volkswagen” yeni modellərində süni intellekt proqramı tətbiq edir

İntizar Əmirova

Netanyahu israillilərdən “səbirli olmalarını” xahiş etdi

Aynur Camal

Rusiya: Biz BMT Təhlükəsizlik Şurasının Fələstinlə bağlı qərarının həyata keçirilməsini istəyirik

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu