Baş xəbərSosial

“Sovet dövründə cəmiyyətdə peşə təhsili ilə bağlı mənfi fikirlər var idi”

Peşə festivalında Bugun.tv-yə müsahibə verən layihə rəhbəri Eltəkin Ömərov gənclərin peşə təhsilinə marağının əvvəlki illərə nisbətən daha çox olduğunu vurğulayıb. O, 1 il ərzində peşə festivalında kifayət qədər irəliləyiş və inkişaf olduğunu deyib.

“Birinci dəfə keçirdiyimiz festivalda təəssüflər olsun ki, yerimiz bir az balaca, göstərəcəyimiz məhsullar isə daha az idi. İkinci festivalda isə gördüyünüz kimi yerimiz daha da genişdir. Düşünürəm ki, biz 2-ci festivalda peşə təhsilində olan inkişaf və yenilikləri daha geniş formatda göstərməyi bacardıq. Təəssüflər olsun ki, əvvəllər sovet dövründə cəmiyyətdə peşə təhsili ilə bağlı mənfi fikirlər var idi. İllər

keçdikcə 2016-cı ildən etibarən cənab prezidentin göstərişi ilə agentlik yarandı. Bu agentlik maksimum səviyyədə çalışır ki, peşə təhsilini gənclərimizə tanıtsın və onlar peşə təhsilinə gələrək, bu təhsili öyrənib daha yaxşı bacarıqlar əldə etsinlər”,  – E.Ömərov bildirib.

Sonda E.Ömərov gənclərə peşə təhsilinə gələrək daha yaxşı bacarıqlar əldə etməyi tövsiyə edib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Alimlər hovuzlardakı kəskin xlor qoxusunun əsl səbəbini açıqladı

Aynur Camal

Kağız və metal pul yox idi: Tarixin ən maraqlı 5 ödəniş vasitəsi

Aynur Camal

Hər söhbəti poza biləcək 10 mövzu açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu