28 C
Baku
27 İyun 2025, 17:02
DünyaHadisə

Güclü yağışlar daşqınlara səbəb oldu

Bugun.tv xəbər verir ki, Tayvanda yağan güclü yağışlar daşqınlara səbəb olub.

Bu barədə ölkənin Mərkəzi Hava Bürosu məlumat yayıb. Bildirilir ki, Tayvanın 15 şəhər və mahalında bir çox yaşayış məntəqəsini su basıb. Daşqın səbəbi ilə çoxlu sayda maşın yolda hərəkətsiz qalıb.

Tayçunq və Çanxua şəhərləri üçün səhər saatlarında güclü yağış xəbərdarlığı edilib.

Ölkənin qərbindəki Miaoli qraflığındaki Tongxiao şəhəri 215,5 millimetr yağıntıya məruz qalıb.

Tayvanın quraqlıqdan zərər çəkmiş cənub bölgələrində yağıntı olmayıb.

Şimal və mərkəzi rayonlarda yağıntıların yaxın günlərdə də davam edəcəyi bildirilir. Bununla bağlı meteorologiya rəsmiləri əhalini daşqınlara qarşı xəbərdar edib.
Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Siçanların yaydığı xəstəlik 4 nəfəri öldürdü! Davalar artır

İntizar Əmirova

Qızıl qərarı: Nə qədər pul olsa da, daha çox qızıl alacağıq

İntizar Əmirova

Tikinti işçisi itin hücumuna məruz qaldı, ağır yaralandı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu