Son üç həftədir ki, güclü yağışlar İspaniyaya təsir edir.
Əndəlus muxtar hökuməti və mülki yardım təşkilatı rəsmiləri tərəfindən verilən açıqlamalarda, ehtiyat tədbiri olaraq ümumilikdə 1400 nəfərin evlərindən təxliyə edildiyi, suyun səviyyəsinin yüksək olması səbəbindən 19 çayda qırmızı həyəcan elan edildiyi açıqlanıb.
Ölkənin cənubundakı Əndəlüs bölgəsinə yağan güclü yağışlardan sonra Əndəlus muxtariyyətinin hökumət rəsmiləri və qeyri-hökumət yardım təşkilatları tərəfindən açıqlamalar verilib.
Açıqlamalarda Sevilyanın Konstantina rayonunda 2 nəfərin, Kordobanın Anora rayonunda isə leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 1 nəfərin itkin düşdüyü bildirilib.
Səlahiyyətlilər, Əndəlus bölgəsində ümumilikdə 1400 nəfərin ehtiyat tədbiri olaraq evlərindən təxliyə edildiyini, bəzi yerlərdə isə vətəndaşların helikopterlərlə xilas edildiyini açıqlayıb.
Malaqada 8 məktəbdə təhsilin dayandırıldığı, Sevilya ilə Madrid arasındakı A-4 avtomobil yolunun və Mursiya şəhərində bir çox yan yolların və bəzi yolların nəqliyyata bağlandığı da paylaşılıb.
Əndəlüs bölgəsi qədər ciddi olmasa da, şiddətli yağışlar səbəbiylə İspaniya daxilində 10 muxtar idarədə həyəcan səviyyəsinin artırıldığı, 19 çayda isə çox yüksək su səviyyəsinə görə qırmızı həyəcan elan edildiyi açıqlanıb.
Digər tərəfdən, İspaniya Meteorologiya İnstitutu sabah güclü yağış və fırtınaların artacağını və pis hava şəraitinin həftə sonuna qədər davam edəcəyini proqnozlaşdırıb.
Güclü yağış və tufan İspaniyaya son üç həftədə dördüncü dəfə təsir edir.
Mənbə: Anadolu Agentliyi (AA)