Dünya

Güclü yağışlar və daşqınlar nəticəsində 4 nəfər öldü

Bugun.tv xəbər verir ki, İspaniyanın şərqində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 4 nəfər həyatını itirib. Təbii fəlakət yaşayış məntəqələrini su altında qoyub, yolları bağlayıb və minlərlə insanın təxliyəsinə səbəb olub.

“Al Jazeera” telekanalının AFP və Reuters agentliklərinə istinadən yaydığı məlumata görə, oktyabrın 17-dən başlayan “Adam” fırtınası Valensiya bölgəsində xüsusilə ciddi fəsadlar törədib. Bəzi ərazilərdə 24 saat ərzində hər kvadratmetrə 700 litrədək yağıntı düşüb.

Məlumata əsasən, ölənlərdən ikisinin Oliva sahil şəhərində, birinin Saquntoda, digərinin isə Kataloniyada həlak olduğu təsdiqlənib. Daşqınlar nəticəsində çaylar məcrasından çıxıb, avtomobillər güclü su axını ilə sürüklənib, bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib.

Xilasetmə xidmətləri damlarda və su altında qalmış evlərdə köməksiz vəziyyətdə qalan sakinləri təxliyə edib. Valensiya bölgəsində 400-dən çox xilasetmə əməliyyatı həyata keçirilib, 2 mindən artıq insan təhlükəsiz ərazilərə köçürülüb.

Bazar ertəsi səhər saatlarında təxminən 800 min sakin üçün evdə qalmaq barədə göstəriş verilsə də, günün sonuna yaxın məhdudiyyətlərin əhatə etdiyi insanların sayı 87 minə endirilib. Hava şəraiti yaxşılaşdıqca bəzi qadağalar ləğv edilib.

İspaniyanın şərqində baş verən daşqınlar 2024-cü ildə Valensiya bölgəsində 230-dan çox insanın ölümünə səbəb olan fəlakəti yenidən xatırladıb.

Mənbə: Al Jazeera

Aynur Camal

Oxşar xəbərlər

Səhər yeməyi üçün faydalı meyvələrdən biri: qaragilənin üstünlükləri

Aynur Camal

Dünya vaxtı sistemində dəyişiklik: artıq saniyə tətbiqi ləğv edilir

Aynur Camal

Qlobal iqlim hesabatının dərc tarixi ilə bağlı ölkələr razılığa gələ bilmədi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu