Dünya

Güclü zəlzələ zamanı bina yan üstə düşdü

Tayvanın Hualien şəhərində baş verən 6,2 bal gücündə zəlzələnin görüntüləri ortaya çıxıb. Zəlzələ zamanı 7 mərtəbəli otel yan üstə çöküb.

Təhlükəsizlik kamerasına əks olunan görüntülərdə binanın aşması nəticəsində ətrafın toz buluduna büründüyü görülüb. Səlahiyyətlilər tərəfindən verilən açıqlamada otelin təmirdə olduğu üçün boş olduğu və xəsarət alan olmadığı qeyd edilib.

Hadisə yerinə gələn mühafizəçilər binanın yerləşdiyi küçəni mühasirəyə alaraq ətrafdakılara otelə yaxınlaşmamaq barədə xəbərdarlıq ediblər. Bildirilib ki, otel qısa müddətdə tamamilə söküləcək.

Qeyd edək ki, zəlzələ nəticəsində azı 17 nəfər ölüb, 1146 nəfər xəsarət alıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İsveç seçkilərə müdaxilə təhlükəsinə qarşı tədbirləri gücləndirir

Aynur Camal

Euronews — “South Park”ın adı dəyişdirildi

Aynur Camal

Süni intellekt dərman hazırlanmasına kömək edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu