21 C
Baku
11 Oktyabr 2024, 15:23
Baş xəbərDünya

Gülben Ergenin xəncərli libası sosial mediada çox müzakirə olundu

Məşhur modelyer Gülşah Saraçoğlunun Gülben Ergen üçün hazırladığı xəncərli don sosial mediada trend mövzusu olub. Paltarı bəyənənlər qədər bəyənməyənlər də az deyildi. Münsif olduğu moda proqramlarında polemikləri ilə tanınan məşhurların modelyeri Gülşah Saraçoğlu yaxın dostu Gülben Ergeni məşhurlaşdıracaq daha bir libas hazırlayıb.

Arxasında xəncər naxışlı ağ libas geyinən Gülben Ergen sosial mediada trend mövzusuna çevrilib.

İnstaqram hesabında libasındakı videosunu yayımlayan məşhur müğənni bunları yazıb:

Kürəyindən bıçaqlanaraq yaşamağa öyrəşmiş qadınlar həm fışqıran qanı, həm də bıçaqlanan xəncəri kostyumlarına aksesuar kimi istifadə edə bilirlər.

Bu paltarları Gülşah Saraçoğlu əvvəllər xəncər detallı libas geyinən Gülben Ergen üçün hazırlayıb.

Gülben Ergenin az qala hər il kürəyinə bu xəncər motivini taxdıran Saraçoğlunun bu vəsvəsəsi maraq doğurub.

Sonuncu paltar sosial şəbəkələrdə müxtəlif şərhlərə də səbəb olub.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Honor Magic V Flip təqdim edildi

Teymur Əziz

130 qoyun uçurumdan atılaraq ölüb

Bugün TV

Böyük Britaniyada ümumi seçkilər keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu