15 C
Baku
3 Noyabr 2024, 4:02
Baş xəbərDünya

Günəş 11 illik dövrünü tamamlayır

Günəş 11 illik dövrünü başa vurarkən, AB rəsmiləri nəhəng plazma topunun Günəşdən qoparaq qopacağı barədə xəbərdarlıq ediblər. Səlahiyyətlilər bu plazma topu səbəbiylə fırtına xəbərdarlığı etdi və elektrik şəbəkələri və peyklərin risk altında ola biləcəyini qeyd edib.

ABŞ rəsmilərinin dediyinə görə, Günəşdən və onu müşayiət edən maqnit sahəsindən qopan nəhəng plazma topu bu səhərdən başlayaraq Yerə dəyərək müxtəlif yerlərdən görünən auroralara səbəb ola bilər.

Bu hadisə Günəşin yaxınlaşdığı və ya hətta 11 illik dövrünün zirvəsinə çatdığı dövrə təsadüf edir. May ayında planetdə son 20 ilin ən güclü geomaqnit qasırğaları yaşanıb və hətta qütblərdən uzaq bölgələrdə də səmada rəngarəng görüntülər peyda olub.

GÜÇLÜ FIRTINA XƏBƏRDARLIĞI

ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) Kosmik Hava Proqnozu Mərkəzindən Shawn Dahl, “Hazırda gözləntilər fırtınanın səhər və ya günorta Şərq Saat Zonasına təsir edəcəyi və növbəti günə qədər davam edə biləcəyidir” deyib.

Günəşdən atılan tac kütləsi ejeksiyonu (CME) saatda 4 milyon kilometr sürətlə Yerə doğru hərəkət edir.

Bu vəziyyətlə əlaqədar səlahiyyətlilər G4 səviyyəli geomaqnit qasırğası xəbərdarlığı edib. Səviyyə G4 ən yüksək fırtına səviyyəsi olan G5-dən bir səviyyə aşağıdır. Ancaq fırtınanın tam intensivliyi təsir anına qədər bəlli olmayacaq.

ELEKTRİK ŞƏBƏKƏLƏRİ VƏ PEYK TƏHLÜKƏDƏDİR

CME-lər Yerin maqnitosferinə vurduqda, geomaqnit qasırğaları əmələ gəlir. Bu fırtınalar Yer orbitində peykləri sıradan çıxara, radio siqnalları və GPS sistemlərində nasazlıqlara səbəb ola bilər. Bu da elektrik şəbəkələrində fasilələrə səbəb ola bilər.

2003-cü ildə baş verən “Hellouin Fırtınaları” İsveçdə elektrik enerjisinin kəsilməsinə və Cənubi Afrikada enerji infrastrukturunun zədələnməsinə səbəb oldu.

May ayında baş verən fırtınalar ABŞ-ın Orta Qərbində kənd təsərrüfatında istifadə edilən həssas GPS sistemlərini sıradan çıxarıb və bəzi yüksək gərginlikli transformatorların da fəaliyyətinin dayanmasına səbəb olub.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Orta məktəbə hücum! Ölənlər və yaralananlar var

Aynur Camal

Kursk vilayətinin Kurçatov şəhərində giriş məhdudlaşdırılacaq

Aynur Camal

Rusiya ölkənin inkişafı istiqamətində yeni addımlar atacaq

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu