25 C
Baku
27 İyul 2024, 3:55
Sosial

Günel İbrahim “Neyroestetika” ilə bağlı təlim keçib

“Şüurumuz xüsusi hüceyrələri – güzgü neyronları sayəsində gözəlliyi həmişə beynin dərinliklərində saxlayır. İnsan beynindəki bu qeyri-adi hüceyrələr başqalarının hisslərini və niyyətlərini də anlaya bilir”.

Bu sözləri Bugun.tv-yə müsahibəsində Etika Akademiyasının rəhbəri Günel İbrahim bildirib. O, “Nine Senses” Art Mərkəzi ilə birgə keçirdikləri “Neyroestetika” adlı mühazirə haqqında məlumat verib. Təlimin mahiyyətiini açıqlayıb. “Mövzumuz ağıl gözəlliyidir. Bu xaouslu, hamının stressə davamsız olduğu dünyada ağıl gözəlliyindən danışacağıq. Elə beyin məşqləri var ki, o bizə hadisələri olduğu kimi göstərə bilir. Bu da öz növbəsində bizə həyatda daha doğru qərarları qəbul etməkdə kömək edir. Bu gün bizim mühazirəmiz buna həsr olunub”.

G.İbrahimin sözlərinə görə, əslində, güzgü neyronları bizi başqa bir insana qarşı empati hissini formalaşdırır. “Nəsrəddin Tusinin “Əxlaqi Nasir” kitabında yazdığı kimi: “Hadisələri olduğu kimi görə bilmək və qəbul etmək bacarığı ağıl gözəlliyidir””.

100-ə yaxın insanın qatıldığı mühazirədə neyron hüceyrələrinin aktivləşdirilməsi yollarından da danışılıb. Məruzəçi qlyukozanın, qısamüddətli aclığın, acı şokoladın, qarağatın, əl işlərinin, stol üstü tennisin, pəhrizin, diqqətin uzun müddətli qorunmasının, yüksək konsentrasiyanın, meditasiyanın, edilən duaların, başqa dillərin öyrənilməsinin, D vitamininin, Mosartı dinləməyin və yuxunun sıradan çıxan güzgü neyronlarını yenidən bərpa etdiyini, onları gücləndirdiyini  deyib. Günel İbrahim hər kəsi təlim boyu sadalanan məqamalara xüsusi diqqət yetirməyi tövsiyə edib.

Təlimdə daha sonra müəyyən beyin məşqlərinin ev şəraitində də mümkünlüyü vurğulanıb və bu haqda hazırlanan prezintasiya iştirakçılara təqdim olunub.

Müxbir: Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

“Musiqidə yaşayan ulu öndər” adlı mahnı müsabiqəsinə start verilir

Aynur Camal

“Cəmiyyətdə əlilliyi olan şəxslərə göstərilən səhv davranışlara qarşı birgə mübarizə aparmalıyıq”

Elnarə Dərziyeva

DYP Novruz bayramı münasibətilə bütün hərəkət iştirakçılarına müraciət edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu