Baş xəbərDünya

Günəşin doğuşunda əks olunan ‘ay-ulduz’ silueti görüldü

Fatsa rayonundakı çimərlikdə günəşin doğuşunu izləmək istəyən şəxs buludların arasında aydınlaşan ay-ulduz siluetini lentə almaq imkanı qazanıb.

Ordunun Fatsa rayonunda yaşayan 30 yaşlı Mehmet Argın oktyabrın 28-i səhər saatlarında günəşin doğuşunu əbədiləşdirmək üçün sahilə enib. Pilotsuz təyyarə ilə günəşin doğuşunu çəkmək istəyən Argın çəkilişdən əvvəl görüntünü sosial media hesabında paylaşıb.

Daha sonra paylaşımını təkrar izləyən Argın buludların arasında ay-ulduz siluetini kəşf edərək təəccüblənib.

Mehmet Argın bu maraqlı detalı görəndən sonra təəccübləndiyini dilə gətirib:

“Səhər tezdən Fatsa müəllim evindən günəşin doğuşunu izləyirdim. Göy qırmızı oldu, bu gözəlliyi yazmağa gəldim sahilə. Əvvəlcə mobil telefonumla qısa bir video çəkdim və sosial şəbəkədə “günəşin doğuşu” qeydi ilə paylaşdım. O an fərqinə varmadım, amma ay-ulduz silueti buludların arasında gizlənmişdi. Mesajlar aldıqdan sonra yenidən baxanda bu detalı gördüm və xeyli təəccübləndim”.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Aynur Camal

Elxan Qəmbərov: “Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilasının simvoludur”

Aynur Camal

Aİ-nin yeni miqrasiya və sığınacaq qaydaları qüvvəyə mindi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu