13 C
Baku
20 Aprel 2026, 18:13
Digər

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin yeni rəisi vəzifəsinə namizəd məlum oldu

Bugun.tv xəbər verir ki, o, Gürcüstan Baş nazirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri təyin edilib. Bu barədə məlumat verən Baş nazir İrakli Kobaxidze bildirib ki, regiondakı mürəkkəb və çətin vəziyyət, ABŞ və Avropa İttifaqı ilə münasibətlər, həmçinin ölkə qarşısında duran təhlükəsizlik problemləri analitik yanaşma tələb edir. Bu baxımdan, Oxanaşvilinin vəzifəsi informasiyanın işlənməsi və milli təhlükəsizliklə bağlı tövsiyələrin hazırlanmasıdır. İ.Kobaxidze, həmçinin vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yeni rəhbəri hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze olacaq. “M.Mdinaradzenin hüquq-mühafizə orqanlarında kifayət qədər uzunmüddətli iş təcrübəsi var, bu da Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri vəzifələrinin yerinə yetirilməsi üçün çox vacibdir”, – deyə Baş nazir vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

Kremlin sözçüsü Dmitriy Peskov: ABŞ – İran danışıqlarının davam edəcəyinə ümid edirik

Aynur Camal

Nikol Paşinyan: “Qarabağ məsələsini bağlayırıq”

Aynur Camal

Məhəmməd Əsədullazadə: İslamabadda ikinci raund danışıqlar regionda gərgin fon yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu