24 C
Baku
20 İyul 2025, 3:46
Dünya

Gürcüstan parlamentində deputatlar arasında dava düşüb

Bugun.tv xəbər verir ki, Gürcüstanda hakim Gürcü Arzusu Partiyası ötən il Tbilisidə nümayişlərə və parlamentdə dava-dalaşa səbəb olan “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini yenidən gündəmə gətirib.

Gürcüstanda ötən il “Xarici agent qanun layihəsi” kimi də xarakterizə edilən “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi parlamentin hüquq komitəsində müzakirəyə çıxarılıb.

Hakim partiyanın bu il yenidən təqdim etdiyi qanun layihəsinə reaksiya verən müxalifət partiyalarından olan deputatlar komitə iclasında layihənin əleyhinə şüarlar səsləndiriblər.

Müxalifətdən olan deputatlar sözügedən qanun layihəsinin ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün təhlükə yaratdığını müdafiə edərək, qanunun təsdiq edilməməsi lazım olduğunu vurğulayıblar.

Müxalifətdən olan deputatlar sözügedən qanun layihəsinin ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyası üçün “təhlükə” yaratdığını müdafiə edərək, qanunun təsdiq edilməməsi lazım olduğunu vurğulayıblar.

Gürcü Arzusu Partiyasının parlament çoxluğunun lideri Mamuka Mdinaradze sözügedən qanun layihəsini komitənin iclasında təqdim edib.

Müxalifətin “Vətəndaşlar” partiyasından olan deputat Aleko Elisaşvili çıxış edən Mdinaradzeni yumruqlayıb.

Dava səbəbindən yarımçıq qalan sessiya bir neçə dəqiqə sonra davam edib.

Aynur Camal

Oxşar xəbərlər

Fransa Nigeryaya maliyyə yardımını dayandırdı

Teymur Əziz

Avtobus aşdı: 18 nəfər ölüb, 32 nəfər yaralanıb

Aynur Camal

İran məhkəməsi 10 hərbçiyə həbs cəzası verdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu