Baş xəbər

Gürcüstan Prezidenti Azərbaycanın və Ermənistanın sülh istiqamətində atdığı addımları alqışladı

Bugun.tv xəbər verir ki, görüşdə iki ölkə arasında mövcud ikitərəfli və çoxtərəfli əlaqələr, müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsi perspektivləri diqqət mərkəzində olub. Gürcüstan mətbuatının yazdığına görə, söhbət zamanı dünyada və Cənubi Qafqaz regionunda mövcud vəziyyət barədə də məsələlər ətrafında fikir mübadiləsi aparılıb. M.Kavelaşvili bildirib ki, Gürcüstan Cənubi Qafqazda dinc birgə yaşayış formulunu dəstəkləyir və regionda sülhün və konstruktiv əməkdaşlığın təşviqi prosesinə töhfə verməyə həmişə hazırdır. O, Azərbaycanın və Ermənistanın davamlı sülhün bərqərar olması istiqamətində atdığı addımları alqışladığını bildirib və qeyd edib ki, bu addımlar bölgədə sülhün və sabitliyin təşviqinə töhfə verməlidir.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Dünya Kuboku azarkeşlərini güclü tufan təhlükəsi gözləyir

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-İran memorandumu yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır

Aynur Camal

Ultra emal olunmuş qidalar asılılıq yaradır: Problem iradədə deyil, bioloji tələdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu