Dünya

Həbsxana rəisinə sui-qəsd: O, avtomobilində öldürüldü

Zaman zaman dəstələr və zorakılıqlarla tanınan Cənubi Amerika ölkələrindən biri olan Kolumbiyada həbsxana nəzarətçisi qətlə yetirilib. La Modelo həbsxanasının direktoru Elmer Fernandes motosikletli iki nəfərin silahlı hücumu nəticəsində öldürülüb.

Kolumbiyanın paytaxtı Boqotadakı La Modelo həbsxanasının direktoru Elmer Fernandez avtomobildə ölü tapılıb. Fernandez Boqotanın Barrios Unidos qəsəbəsindəki NQS Bulvarında avtomobil körpüsünə yaxın bir nöqtədə INPEC (Kolumbiya Milli Cəza və Həbsxana İnstitutu) avtomobilində olarkən motosikletli iki nəfərin hücumuna məruz qalıb. Boqota polisi hadisə yerində dünyasını dəyişən həbsxana nəzarətçisinin avtomobili ilə bağlı araşdırmalara başlayıb. Bildirilib ki, polkovnik Fernandezin işlədiyi həbsxanada INPEC əməkdaşlarına qarşı təhdidlər edilib.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

Putin Rumıniyada yaşayış binasına düşən PUA ilə bağlı iddialara münasibət bildirdi

Aynur Camal

Rusiya Ermənistanın məşhur mineral su markasını qadağan etdi

Aynur Camal

Ukrayna İsveçdən Gripen döyüş təyyarələri aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu