Image default
Dünya

Həddindən artıq istilər səbəbindən ölənlərin sayı artır: 18 ölü

Asiya ölkəsində həddindən artıq istilər nəticəsində həyatını itirənlərin sayı 18-ə yüksəlib. Səlahiyyətlilər isti vurmağa qarşı tədbir görülməsi ilə bağlı xəbərdarlıq edib.

Yayın əvvəlindən Cənubi Koreyaya təsir edən həddindən artıq istilərin nəticələri getdikcə pisləşir.

Cənubi Koreya Daxili İşlər Nazirliyinin məlumatına görə, mayın 20-dən bəri istilik vurması səbəbindən səhiyyə müəssisələrinə müraciət edən 1907 nəfərdən daha 4-ü dünyasını dəyişib.

HEYVANLAR MƏHV EDİLDİ

Həddindən artıq istilər nəticəsində təqribən 420 min kənd təsərrüfatı heyvanı, o cümlədən 393 min ev quşu, müxtəlif təsərrüfatlarda 430 min balıq tələf olub.

Koreya Meteorologiya İdarəsi (KMA) tərəfindən edilən açıqlamada, ölkə daxilində temperaturun bir müddət 35 dərəcə Selsi və yuxarıda qalacağı bildirildi və saat 14.00 arasında açıq havada fəaliyyətlərdən qaçınmaq üçün çağırış edildi.

Səlahiyyətlilər isti vurmağa qarşı tədbir görülməsi ilə bağlı xəbərdarlıq edib.

Xəbər mənbəyi: İhlas Xəbər Agentliyi (İHA)

Kəmalə Sultan

Oxşar xəbərlər

Ukrayna: Rusiya 2022-ci ildən bəri yüzlərlə hərbi əsiri edam edib

Aynur Camal

ABŞ alimi Çində casusluq ittihamı ilə 18 aydır həbsdə saxlanılır

Aynur Camal

ABŞ ilk dəfə döyüşdə dəniz dronlarından istifadə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu