Liviyanın cənubundakı Kufra şəhərində həddindən artıq istilər səbəbindən baş verən yanğında minlərlə xurma ağacı yanıb. Yanğınlarda ölən və yaralanan olmayıb.
Liviya Milli Təhlükəsizlik Qurumunun adının açıqlanmasını istəməyən bir rəsminin verdiyi açıqlamaya görə, ölkənin cənubundakı Kufrə şəhərində həddindən artıq istilərin səbəb olduğu böyük yanğınlar baş verib.
Küfrədə 3 böyük xurma becərmə fermasında baş verən yanğınlarda minlərlə xurma ağacı külə dönüb.
Xurma fermalarında ağacların 70 faizini məhv edən yanğınlardan ikisi nəzarət altına alınarkən, yanğınsöndürmə qrupları hələ də bir fermada yanğını nəzarət altına almağa çalışır.
Yanğınlarda insan tələfatı və xəsarət alan olmayıb.
Liviya Milli Meteorologiya Mərkəzi Qurban bayramının ikinci günündə əksər bölgələrdə temperaturun mövsüm normalarından yüksək olacağını açıqlayıb və Kufrədə temperaturun 42 dərəcəyə çata biləcəyi barədə xəbərdarlıq edib.
Mənbə: TGRT