13 C
Baku
20 Aprel 2026, 22:52
Sosial

Həkim: Konserv bankalarını açmadan əvvəl yumaq vacib deyil

Rusiya Elmlər Akademiyasının akademiki və ölkənin sabiq baş sanitar həkimi Gennadi Onişşenko bildirib ki, konserv bankalarını açmazdan əvvəl yumaq mütləq tələb deyil.

O, bu barədə Abzas nəşrinə açıqlamasında danışıb. Onişşenkonun sözlərinə görə, əgər banka hər hansı aqressiv və ya çirkli mühitə düşməyibsə, onu açmazdan əvvəl yumağa ehtiyac yoxdur.

Ekspert qeyd edib ki, şprot və ya “turist səhər yeməyi” kimi hazır sənaye məhsulları üçün qablaşdırmanın əlavə təmizlənməsi tələb olunmur. Onun sözlərinə görə, həm Rusiyada, həm də digər ölkələrdə onilliklər boyu konserv məhsullarından istifadə edilsə də, qablaşdırmanın xüsusi şəkildə yuyulmasını zəruri edən hallar qeydə alınmayıb.

Mütəxəssis əlavə edib ki, məhsulun təhlükəsizliyi əsasən istehsal və qablaşdırma mərhələsində təmin olunur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

“Silinən izlər. Azərbaycan İrəvanı” sənədli filminin təqdimatı baş tutub

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu