25 C
Baku
27 İyul 2024, 4:37
Mədəniyyət

“Həqiqətin yuxusu” – Jurnalist Babək Zeynal yazır…

Hacının vəfatından bir neçə gün keçmişdi. Bir gecə yuxuda qəribə bir aləmə düşdüm. Bircə onu bilirəm ki, ətraf ağ dumanla örtülmüşdü. Harada olduğumu anlamağa çalışırdım. İrəliyə doğru addımlayırdım. Başımı sağa çevirəndə Hacını sağımda gördüm. Başqalarının təəssübünü çəkməkdən ağaran saçları qaralmışdı. Amma saqqalı elə ağ idi..

Xatırlayıram ki, yuxuda buna da cavab tapmağa çalışırdım. İnancım bunun mümkün olduğunu bilirdi əlbəttə. Amma təhtəlşüur istər-istəməz gördüyü mənzərəni sorğulayırdı! Axı necə!? Bu aləmdə insan cavanlaşıbsa bəs saqqal niyə ağdı? Nədir bunun mənası deyə düşünərkən Hacının baxışlarının mənə tərəf döndüyünü gördüm. Qəribə idi amma biz danışmadan söhbət edirdik!

İçimdəki bütün narahatlığa cavab alırdım, O isə dünyadakından daha rahat və huzurlu idi. Başa düşdüm ki, bura sözlər aləmi deyil, ruhlar aləmidi. Burada bir-birini başa düşmək üçün heç bir məlum ünsiyyət vasitələrinə ehtiyac yox idi, düşünmək kifayət edirdi. Bunu da çözəndən sonra Hacı məni sanki özünə aid bir yerə apardı.

Yerdəyişmələrimiz bir anın içində baş verirdi. Zaman anlayışı yox idi. Bir göz qırpımında bir “otağa” daxil olduq. Oranı tam təsəvvür etmək sözlə mümkün deyil. Qəribə xoş bir sükut vardı. Hacı üzünü çoxlu şəkillərin olduğu bir hündür bir divara tutub təbəssümlə bir şəkilə işarə etdi. Yaxınlaşıb diqqətlə baxdım. Hər biri çərçivəli formada havada asılı qalan şəkillərdən biri də mənim şəklim idim..

O otağın, o divarın, o şəkillərin cavabını yuxuda tapmadan ayıldım. Çünki onun cavabı dünyada imiş. Yuxudan sonra Hacının ətrafındakıların, onu sevənlərin dilindən ortaq bir söz eşidirdim: “Yuxuda Hacını gördüm!”
Onları dinlədikcə məsələ mənə agah olurdu. Məyərsə Hacının mənə göstərdiyi o şəkillərdəki insanlar Hacının dünyada fürsət tapıb vidalaşa bilmədiyi və görməyi arzuladığı insanlarmış. O, dünyada olduğu kimi, öləndən sonra da dostlarına vəfalı qaldı. Çünki O bilirdi ki, bizim məlum günə qədər daha onu görməyə icazəmiz yoxdu amma o elə bir aləmdədi ki, ora yalnız Allaha məlumdu.

(Ya Rəsulum!) Səndən ruh (ruhun mahiyyəti və keyfiyyəti) haqqında soruşarlar. De: “Ruh Rəbbimin əmrindədir. (Allahın əmri ilə yaradılmışdır). Sizə (bu barədə) yalnız cüzi (az) bir bilik verilmişdir!”
İsra 85

Hacı son dəfə ruhunun nigaran qaldığı və elə onun özü üçün nigaran qalanları tək-tək yuxuda ziyarət etdi. Bu ziyarət bizə görə son idi, ona görə isə əbədi həyatda ilk oldu. Əbədi həyatda növbəti dəfə görüşmək ümidi ilə əziz Hacı!

Bugün TV

Oxşar xəbərlər

Azərbaycan Rəssamlıq Akademiyasına yeni rektor təyin edilib

Aynur Camal

Zendaya libası diqqət çəkdi

Bugün TV

Nazir mədəniyyət müəssələrinə baxış keçirib – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu