25 C
Baku
27 İyul 2024, 4:08
Baş xəbərDigər

Hər gün ac qarına qatıq suyu iç, gör nə olur!

Bugun.tv xəbər verir ki, qatıq sağlam qida kimi tanınsa da, çox vaxt onun suyu istehlak edildikdə boş yerə gedir. Ancaq qatıq suyunun sağlamlıq üçün faydalarını öyrəndiyiniz zaman bu vərdişi yenidən nəzərdən keçirə bilərsiniz.

Qatıq əsrlər boyu bir çox mədəniyyətdə mühüm qida qaynağı olaraq yeyilib.Ancaq qatıq istehlak edərkən dibində qalan su adətən zibil qutusuna atılır. İndi faydalarını öyrəndikdən sonra bu vərdişdən siz də əl çəkəcəksiniz.

Sağlamlığa faydalarını nəzərə alaraq, qatıq suyuna, sadəcə tullantı kimi deyil, sağlamlığınıza töhfə verən bir içki kimi baxmaq vacibdir. Qatıq suyunun müntəzəm istehlakı, həzm sisteminizin sağlamlığını yaxşılaşdırarkən immun sistemini dəstəkləyir. Kalorisi aşağı olduğu üçün pəhriz saxlayanların üstünlük verməsi lazım olan bir qidadır. 100 ml qatıq suyu istehlak etdikdə cəmi 20 kalori alırsınız. Yağ yandırmasını sürətləndirmək üçün də ondan bol miqdarda istehlak edə bilərsiniz. Bundan başqa mədə-bağırsaq pozğunluğunu aradan qaldırmaq üçün qatıq suyu içə bilərsiniz. O, mədəni rahatlaşdıracaq və bağırsaqları sevindirəcək. Qatıq suyu, tərkibindəki vitaminlər sayəsində dəri və saç sağlamlığını qoruyur. Saçınızın ehtiyac duyduğu nəm balansını təmin edir. Stresslisinizsə və ya böyrəyiniz ağrıyırsa, qatıq suyunun antioksidant təsiri ilə böyrək daşını keçirtmək asan olacaq. Qatıq suyu da qalxanabənzər vəzi xəstələri üçün şəfalıdır. O qalxanabənzər vəzinin aktiv fəaliyyətini təmin edir. Qatıqlı su içən diabet xəstələrinin şəkər balansı nəzarət altına alınır. Sidik yolları infeksiyasını evdə təbii üsullarla müalicə etmək üçün bir neçə gün qatıq suyu içmək məsləhət görülür. Onun antimikrobiyal xüsusiyyəti infeksiyanı orqanizmdən çıxara bilir.

İntizar Əmirova

Oxşar xəbərlər

Hərbi tibb personalımız Kahramanmaraşdadır

Aynur Camal

Qrossi yenidən MAQATE-nin baş direktoru oldu

Nigar Məmmədova

“Azəriqaz” İB Sumqayıtda əməkdaşları ilə görüş keçirdi-FOTO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu