10.7 C
Baku
27 Mart 2025, 21:16
Baş xəbərSosial

Hərbi atteşelər ADA Universitetində olublar

Bugun.tv xəbər verir ki, Müdafiə Nazirliyinin 2023-cü il üzrə tədbirlər planına əsasən, Azərbaycan Respublikasında akkreditə olunmuş xarici dövlətlərin hərbi atteşelərinin ADA Universitetinə səfəri təşkil olunub.

Burada yaradılan şəraitlə tanışlıqdan sonra qonaqlara universitetin tarixi, inkişaf mərhələləri, missiyası, gündəlik tədris prosesi, təhsil bazası, fəaliyyət istiqamətləri, eləcə də xarici ölkələrin universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən proqramlarla bağlı brifinq təqdim edilib.

Tədbirdə çıxış edənlər ADA-da tədris olunan fakültələr və ixtisaslar barədə danışıblar.

Hərbi atteşeləri maraqlandıran suallar universitet nümayəndələri tərəfindən cavablandırılıb.

Qonaqlar ziyarətin yüksək səviyyədə təşkil olunmasına görə ADA Universiteti və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Aynur Camal

Oxşar xəbərlər

Meksikada həbsxanaya hücum edilib – ölənlər var

Aynur Camal

Lenin Mavzoleyi ziyarətçilər üzünə niyə bağlanır?

Nigar Məmmədova

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu