Dünya

Hərbi helikopter qəzaya uğradı: 9 əsgər həyatını itirdi

Kolumbiyanın şimalında qəzaya uğrayan hərbi helikopterdə 9 əsgərin həlak olduğu bildirilib. Bolivar inzibati bölgəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğrayan Mİ-17 HK3395 nömrəli hərbi helikopterdə 1 general və 8 əsgər həlak olub.

Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabından verdiyi açıqlamada qəzada həlak olan əsgərlər üçün “böyük kədər” hiss etdiyini bildirib.

Hərbi helikopterin “Clan del Golfo” adlı narkotik və hərbiləşdirilmiş təşkilata qarşı əməliyyatda iştirak etdiyi paylaşılıb. Qəza ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.

İlin əvvəlindən ölkədə çoxlu sayda hərbi qulluqçu helikopter qəzalarında həlak olub.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

İran və Rusiya idmançılar, iş adamları və yük maşını sürücüləri üçün viza qaydalarını asanlaşdırır

Aynur Camal

Uşağın məktəb rejiminə uyğunlaşmasına necə kömək etməli?

Aynur Camal

Çimərlikdə ildırım vurması nəticəsində ölüm halı yaşandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu