19 C
Baku
8 Sentyabr 2024, 3:49
Dünya

Hərbi-vətənpərvərlik fəaliyyətinin qadağan edilməsi barədə göstəriş verilib

XARİCİ XƏBƏRLƏR

“Joqovurd” qəzeti öz mənbələrinə istinadən yazır ki, Ermənistanın yeni təyin olunmuş təhsil, elm, mədəniyyət və idman naziri məktəblərdə bütün növ hərbi-vətənpərvərlik dərslərinin və maarifləndirici tədbirlərin qadağan edilməsi barədə göstəriş verib.

“Bizə nazir tərəfindən İrəvanın vitse-merinə və Ermənistanın bütün vilayət administrasiyalarının baş katiblərinə məktəblərin hərbiləşdirilməsinə yol verməmək barədə göstəriş verilmişdir. Sadə dillə desək, bu, “Komandos” Hərbi İdman Klubu, “Zark” proqramı, “Pokr Mher”, VOMA hərbi-vətənpərvərlik ictimai təşkilatı və s. kimi hərbi təşkilatlarla əməkdaşlıqdan imtina etmək deməkdir.  “Əsas Hərbi Hazırlıq” (BMP) fənnindən əlavə, məktəblilər digər hərbi-vətənpərvərlik proqram və kurslarında iştirak edə bilməyəcəklər. Bu, əslində, hakim gücün iş üslubu və dəst-xəttidir – vətənpərvərlikdən nə qədər uzaq olsa, bir o qədər yaxşıdır. Əslində, xanım nazir NVP-ni məktəb fənləri siyahısından çıxarmaq qərarına gəlmədiyinə görə hələ də minnətdar olmalıyıq. Yeri gəlmişkən, onun sələfləri 2018-ci ildə baş verən siyasi dəyişikliklərdən sonra belə bir niyyətdə idilər, lakin ictimai təzyiq altında, Allaha şükürlər olsun ki, bu ideyadan vaz keçməyə məcbur oldular”, – qəzet yazıb.

Mənbə: aysor.

Aynur Camal

Oxşar xəbərlər

Baş barmağına sarımsaq bağlamaqla sağaldı!

Aynur Camal

Apple “Vision Pro” başlığını təqdim etdi

Aynur Camal

Napoleonun silahları 1,69 milyon avroya satıldı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu