Image default
Baş xəbərDünya

Türkiyə dünyanın ən çox ziyarət edilən 4-cü ölkəsi oldu

Bugun.tv xəbər verir ki, World Population Review platformasının dərc etdiyi son hesabata əsasən, Türkiyə illik 60,6 milyon xarici turist qəbul edərək dünyanın ən çox ziyarət edilən ölkələri sırasında 4-cü yerə yüksəlib.

Hesabata görə, Türkiyə bu göstərici ilə İtaliya, Almaniya, Böyük Britaniya və Meksika kimi turizm sahəsində tanınmış ölkələri geridə qoyub. Ziyarətçi sayındakı artım ölkənin turizm gəlirlərinə də müsbət təsir göstərib. Belə ki, Türkiyə bir il ərzində turizmdən 56,28 milyard ABŞ dolları gəlir əldə edib.

Qlobal reytinqə əsasən, Fransa 102 milyon turist və 70,97 milyard dollarlıq gəlirlə birinci yerdə qərarlaşıb. İkinci sırada 93,8 milyon turist qəbul edən İspaniya yer alıb. ABŞ isə 73,4 milyon turistlə üçüncü olsa da, 215,04 milyard dollarlıq turizm gəliri ilə dünyada bu sahədə ən yüksək gəlir əldə edən ölkə olaraq qalır.

Mütəxəssislər bildirirlər ki, Türkiyənin zəngin tarixi-mədəni irsi, kurort bölgələri və inkişaf edən turizm infrastrukturu ölkənin beynəlxalq turizm bazarında mövqeyini daha da gücləndirir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Dietoloq xolesterinə nəzarət üçün gündəlik qoz yeməyi tövsiyə etdi

Aynur Camal

Astronomlar təsadüfən indiyədək birbaşa görüntülənən ən zəif ekzoplaneti aşkar etdilər

Aynur Camal

Böyük Britaniyanın yeni baş nazirini seçir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu