Baş xəbərHadisə

Həbsxanada yanğın oldu: 12 nəfər tüstüdən təsirləndi

Bugun.tv xəbər verir ki, Çorum L Tipi Qapalı Cəza Müəssisəsində bir məhkumun çarpayısını yandırması nəticəsində baş verən yanğında 3 islah məmuru və 9 məhbus tüstüdən təsirlənərək xəstəxanaya aparılıb. 12 nəfər jandarmaya aid avtomobillərlə Hitit Universiteti Erol Olçok Təhsil və Araşdırma Xəstəxanasına göndərilib. Məhkumlar gətirilərkən xəstəxana ətrafında təhlükəsizlik tədbirləri görülüb. Çorum İl Jandarma Komandiri baş polkovnik Naim Çetinkaya L Tipi Qapalı Cəza Müəssisəsinə gedərək orada yoxlama aparıb.

TRT Haberin məlumatına görə, İl Təhlükəsizlik Müdiri Arif Pehlivan da xəstəxanaya gələrək tüstüdən zərər çəkənlərin vəziyyəti ilə bağlı məlumat alıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Alimlər xoşbəxtliyin əsas amillərindən birinin səmimi ünsiyyət qurmaq olduğunu bildirirlər

Aynur Camal

İspaniyada qatar faciəsindən sonra üç günlük milli matəm elan edildi

Aynur Camal

Ərdoğan: XXI əsr “Türk dünyasının əsri” olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu