Baş xəbərSiyasət

“H.Əliyevin Avstriyaya etdiyi ilk rəsmi səfəri” – “Onun siyasəti hamını heyran edirdi”

“Bu gün həyatımda olduqca mənalı və unudulmaz bir gündür. 25 il öncə, 2000-ci ilin iyul ayının 3-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Avstriyaya etdiyi ilk rəsmi səfərində onun Azərbaycan və alman dilləri üzrə tərcüməçisi olmaq kimi şərəfli vəzifə mənə həvalə edilmişdi”.

Bugun.tv xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev öz Facebook səhifəsində paylaşıb.

Səfir həmçinin qeyd edib ki, üç gün davam edən səfər müddətində Avstriya tərəfi ilə müxtəlif görüşlər oldu. Hər bir görüşdə Heydər Əliyevin dərin zəkası, siyasi uzaqgörənliyi və sarsılmaz məntiqi qarşı tərəfdə böyük heyranlıq doğururdu. Onun çıxışları, verdiyi dəqiq və prinsipial cavablar, ölkəsinin maraqlarını nə qədər ustalıqla və qətiyyətlə müdafiə etməsi hamını valeh edirdi. O zaman 21 yaşı olan bir gənc diplomat üçün bu misilsiz bir təcrübə idi. Allah rəhmət eləsin!

Aynur Camal

Oxşar xəbərlər

Trump Netanyahuya xəbərdarlıq etdi: “İran qarşısında tək qala bilərsən”

Aynur Camal

FIFA Dünya Kuboku 2026-nın açılış günündə pulsuz oyun təqdim edəcək

Aynur Camal

Çin niyə Şimali Koreyaya ehtiyac duyur? – Al Jazeera təhlili

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu