26 C
Baku
12 Sentyabr 2026, 17:25
müharibə
Siyasət

İran Xəzər dənizindəki hücuma görə Ukraynanı sərt qınadı

Xatırladaq ki, bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Xəzər dənizində uzaqmənzilli zərbələr endirildiyini açıqlamış, Rusiyaya hərbi yük daşıyan İran gəmilərinin hədəf alındığını bildirmişdi. Həmin əməliyyatdan sonra İran sərt reaksiya veri

İran rəsmiləri Xəzər dənizində İran bayrağı altında üzən yük gəmisinə edilən hücumdan sonra Ukraynaya qarşı sərt bəyanatlar səsləndiriblər.

İranın Gilan vilayətinin qubernatoru Hadi Haq-Şenas bildirib ki, Həştərxandan Ənzəli limanına dəmir yükü daşıyan gəmiyə zərbə endirilməsi nəticəsində bir dənizçi həlak olub, üç ekipaj üzvü isə yaralanıb.

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının rəhbəri İbrahim Əzizi hücumun cavabsız qalmayacağını bildirib. Xarici işlər naziri Abbas Əraqçi də hadisəni beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək Ukraynaya xəbərdarlıq edib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə ölkəsinin Xəzər dənizində uzaqmənzilli əməliyyatlar həyata keçirdiyini təsdiqləyərək, Rusiyaya hərbi yüklər daşıyan İran gəmilərinin hədəf alındığını bildirib.

Bu hadisə ABŞ və İran arasında hərbi əməliyyatlarda nisbi fasilənin müşahidə olunduğu və diplomatik təmasların davam etdiyi dövrdə baş verib.

Mənbə: CNN

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Zəfərdən sonra Qarabağ iqtisadiyyatı 3 dəfədən çox böyüyüb

Aynur Camal

Ekspert: Yəməndə Husilərin güclənməsi İranın strateji mövqeyini möhkəmləndirə bilər

Aynur Camal

Zelenskiyə sui-qəsd müharibənin bitməsi demək deyil – Məhəmməd Əsədullazadə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu