11 C
Baku
23 Dekabr 2024, 17:20
Digər

Hamilə və azyaşlı uşağı olan məhkumlara hansı güzəştlər var?

Qanunvericilikdə hamilə və azyaşlı uşağı olan məhkumların cəza çəkməsiylə bağlı xüsusi müddəalar nəzərdə tutulub. Onların cəzasının çəkilməsinin təxirə salınması ilə bağlı müddəalar var. Bəs, qanunda məhkum qadınlarla bağlı hansı güzəştlər yer alıb?

Bugun.tv-nin məlumatına görə, Cəzaların İcrası Məcəlləsinin 172-ci maddəsinə əsasən, cəzaçəkmə müəssisələrindəki hamilə, yaxud 14 yaşına qədər uşağı olan analar, habelə 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzasının çəkilməsi məhkəmənin qərarı ilə təxirə salına bilər. Bəs cəza çəkmədən azad olunmanın prosedur qaydaları necədir?

Hüquqşünas Xəyalə Məmmədova deyir ki, bundan ötrü məhkum qadın məhkəməyə müraciət etmək hüququna malikdir. O ərizəsinə xasiyyətnaməsini əlavə edir. Bundan başqa hamiləlik haqqında həkim rəyi və yaxud da uşağın doğum haqqında şəhadətnaməsi ərizəyə əlavə olunur. “Məhkuma və uşağa zəruri yaşayış sahəsinin verilməsiylə bağlı yaxın qohumlarının razılığı, hamiləlik haqqında həkim rəyi və yaxud da uşağın doğum haqqında şəhadətnaməsi ərizəyə əlavə olunmalıdır. Həmçinin məhkum qadının müraciətinə baxılarkən cəzaçəkmə müəssisəsinin müdiriyyətinin mülahizəsi də nəzərə alınır. Eyni zamanda qanunvericiliyə, əsasən cəzaçəkmə rejiminin tələblərinə əməl edən məkhumlar həbsxanadan kənarda yaşaya bilərlər. Lakin onlar qanunla müəyyən olunan müvafiq tədbirləri həyata keçirdikləri təqdirdə bu hüquqa malikdilər”.

Əgər doğumun baş verməsinə 70 gündən az qalırsa və yaxud da uşağın 3 yaşına qədər olan dövrdə məhkum qadının müraciəti əsasında onu cəzaçəkmə müəssisəsindən kənarda yaşamasına icazə verilə bilər. Bu halda ona müəssisə yaxınlığında yaşayış yeri seçilir və müdiriyyətin müəyyən etdiyi ərazidə gediş-gəliş hüququna malik olur.

X.Məmmədova onu da qeyd etdi ki, cəza rejimi və ya davranış qaydaları məhkum qadın tərəfindən müntəzəm və qəsdən pozularsa, bu zaman qərar ləğv edilə bilər.

 

 

Bugün TV

Oxşar xəbərlər

Raket hücumunda 3 mülki şəxs həlak oldu

Nigar Məmmədova

Dövlət qurumları bu layihə nəticəsində fəaliyyətlərinə nəzarəti gücləndirəcək

Nigar Məmmədova

Azərbaycanda professor elmi adı verilməsi üçün tələblər sərtləşdirilir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu