24 C
Baku
28 İyun 2025, 22:29
Digər

Hansı qurumlar gücləndirilmiş iş rejimində çalışacaq?

Bugun.tv xəbər verir ki, qeyri-iş günlərində əksər qurumlar gücləndirilimş iş rejimində çalışacaq. Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə Novruz bayramı ilə bağlı tətil elan olunub. Lakin bir çox qurumlar bayram ərəfəsində də öz işini icra edərək vətəndaşlara xidmət göstərəcək. Qeyri-iş günlərində çalışan qurumlar arasında “Azərpoçt” da yer alır. Bayram ərəfəsində teleqram, məktub, bağlama, əsgər göndərişləri və eləcə də, pul köçürmələrinin icrası təmin olunacaq.
“Azərpoçt”un mətbuat katibinin Afaq İbrahimovanın sözlərinə görə, Mərkəzi poçt şöbəsi səhər saat 9-dan axşam 18-00-a qədər xidmət göstərəcək.

“Regionlardakı Müştəri xidmətləri şöbəsi isə səhər saat 10-00-dan 17-00-a qədər çalışacaq.
20, 21, 22, 23, 24 və 26 mart tarixlərində aşağıda göstərilən şöbələr xüsusi iş qrafiki əsasında fəaliyyət göstərəcək. 25 mart tarixində isə bütün şöbələr adi iş rejimində işləyəcək”,- A.İbrahimova əlavə edib.

Hər il olduğu kimi bu il də bayram ərəfəsində regionlara səfərlərin artacağı gözlənilir. Sərnişinlərin rahatlığının təmin olunması, eləcə də sıxlığın tənzimlənməsi üçün avtovağzallar da 12 günlük gücləndirilmiş iş rejimində çalışacaqlar. Lazım gələrsə, xəttə ehtiyat avtobuslar da buraxılacaq.

AYNA-nın mətbuat katibi Anar Orucovun sözlərinə görə, gücləndirilmiş iş rejiminin müddəti martın 27-sinə kimi davam edəcək. “Bakı Beynəlxalq Avtovağzal Kompleksindən xəttə çıxan bütün avtobuslara nəzarət olunacaq. Sərnişinlərimiz biletləri biletim.az portalından, eyni zamanda mobil tətbiqdən və avtovağzalların qabaqcadan və gündəlik satış kassalarından əldə edə bilərlər.
Sərnişin sıxlığına uyğun olaraq, xəttə əlavə avtobus marşurutları da buraxılacaq. 150-dən çox avtobusun əlavə daşımalara cəlb olunması nəzərdə tutulub”.

Mənbə: ATV

Nigar Məmmədova

Oxşar xəbərlər

Şəhid Ramil Babayevin anım günü keçirildi-FOTOLAR+VİDEO

Bugün TV

Zaxarova: “Polşa Ukrayna münaqişəsinə müdaxilə edir”

Nigar Məmmədova

Son dəqiqə! BCM-dən Rusiya üçün yeni qərar: Şoyqu və Gerasimov haqqında həbs qərarı!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu