20 C
Baku
24 İyun 2025, 8:46
Dünya

Haribo məhsullarında narkotik qalmaqalı böyüyür

Haribo saqqız ayılarında sirr aşkar edildikdən sonra Avropada ölkələr həyəcan vəziyyətindədir.

Hollandiyadan sonra Belçikanın da sirr şübhəsi ilə Haribo saqqızlı ayılarını geri çağırdığı bildirilir.

Belçika qida agentliyi FAVV-AFSCA-nın verdiyi açıqlamaya görə, qənnadı məmulatları istehsalçısı Haribo, Hollandiyada bəzi paketlərdə sirr aşkar edildikdən sonra Belçikadakı rəflərdən Happy Cola Fizz paketlərini geri götürmək qərarına gəlib.

Agentlik ilə birgə mətbuata açıqlama verən Haribo, sözügedən konfetlərin istehlakının başgicəllənmə kimi sağlamlıq şikayətlərinə səbəb ola biləcəyini ifadə edib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Xiaomi şirkəti qeyri-adi çaydan-qazan buraxdı

Aynur Camal

Avropanın ən böyük alüminium zavodu istehsalı azaldır

Aynur Camal

Narıncı xəbərdarlıq oldu: 33 bölgədə güclü tufan və yağış riski var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu