Baş xəbərDünya

Harvard Universitetinə maliyyə yardımı dayandırıldı

Harvard Universitetinin ABŞ prezidenti Donald Tramp administrasiyasının tələblərini yerinə yetirməməsi səbəbindən 2,2 milyard dollardan çox maliyyə yardımı və 60 milyon dollarlıq müxtəlif müqavilələr dayandırılıb.

Tramp administrasiyasının rəsmiləri daha əvvəl Harvard Universitetinə məktub göndərərək universitetin idarəetmə sistemində köklü islahatlar, tələbə qəbulu siyasətində dəyişikliklər, tələbə cəmiyyətlərinin yaradılması və kampusda fəaliyyət sahələrinə məhdudiyyətlər qoyulmasını tələb etmişdi.

Bundan əlavə, Harvard rəhbərliyinə xəbərdarlıq edilib ki, bu tələblər yerinə yetirilməsə, federal yardım və ümumi məbləği 9 milyard dollar olan müqavilələr dayandırıla bilər.

Bu hadisələrə cavab olaraq Harvard Universitetinin prezidenti Alan Qarber ötən bazar ertəsi verdiyi açıqlamada universitetin Tramp administrasiyasının tələblərinə boyun əyməyəcəyini bildirib.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

Sülhə və qarşılıqlı əməkdaşlığa çağırış

Aynur Camal

Həcc ziyarəti zamanı ölənlərin sayı artıb

Kəmalə Sultan

Ağ Ev Putinin Şimali Koreyaya səfəri ilə bağlı: Rusiya koalisiya qurmaq istəyir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu