Bugun.tv xəbər verir ki, Efiopiya ordusunun Amhara bölgəsinə endirdiyi hava hücumu nəticəsində onlarla nümayişçinin öldürüldüyü iddia edilir.
Özəl media orqanı “Efiopiya Media Xidməti” Amhara bölgəsindəki hava hücumunda ən azı 70 nəfərin öldüyünü iddia edərkən, BBC Amharic bu rəqəmin daha az – 26 nəfər olduğunu bildirib.
Hücumun Finote Selam qəsəbəsində federal qüvvələrin əraziyə daxil olmasına etiraz etmək üçün toplaşan nümayişçilərə qarşı təşkil edildiyi deyib.
Əddis-Əbəbə hökuməti hələlik məsələ ilə bağlı açıqlama verməyib.