Dünya

Hava limanında sərnişinlərin baqajından 95 ekzotik heyvan tapıldı

Hindistanın Mumbay şəhərindəki Chhatrapati Shivaji Maharaj Beynəlxalq Hava Limanında Tailanddan olan sərnişin 95 ekzotik heyvan daşıyarkən tapılıb.

“The Indian Express” qəzetinin məlumatına görə, Banqkokdan Mumbaya gələn sərnişin hava limanında saxlanılaraq gömrük əməkdaşları tərəfindən sorğu-sual edilib.

Sərnişin dindirmə zamanı əsəbilik nümayiş etdirəndə səlahiyyətlilər onun baqajını yoxlamağa başlayıblar.

Baqajın axtarışı nəticəsində 2 müxtəlif növ tarantula, 30-u ölü, 50-si diri olmaqla 80 iquana, 1 Malay ayısı, 2 qırmızıayaqlı tısbağa, 6 uçan dələ, 2 müxtəlif növ ölü günəş quşu və 2 yalçıq quş aşkar edilib.

Gömrük rəsmisi nəsli kəsilməkdə olan və qanunsuz dövriyyədə olan bu heyvanların götürüldüyünü və sərnişinin nəzarətə götürüldüyünü bildirib.

Səlahiyyətli şəxs şübhəlinin daha əvvəl də oxşar cinayətlərdə iştirak edib-etmədiyini araşdırdıqlarını, həmçinin sözügedən qaçaqmalçılıq fəaliyyətində iştirak edən şəxslərin və ya qrupların kimliyini müəyyənləşdirməyə çalışdıqlarını bildirib.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Portuqaliya biomüxtəlifliyi qorumadığı üçün Aİ məhkəməsi tərəfindən 10 milyon avro cərimələnib

Aynur Camal

ABŞ vətəndaşlarına İraqı tərk etmək çağırışı edib

Aynur Camal

İran XİN rəhbəri: Naxçıvandakı PUA hücumunun arxasında İsrail ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu