Dünya

Hava limanında təyyarə yerüstü xidmət əməkdaşını vuraraq öldürüb

Bugun.tv xəbər verir ki, Kanadanın Monreal şəhərindəki hava limanında faciəli hadisə baş verib. French Bee aviaşirkətinə məxsus sərnişin təyyarəsinin geri itələnməsi (pushback) əməliyyatı zamanı yerüstü xidmət əməkdaşı təyyarənin altında qalaraq həyatını itirib.

Hadisənin bazar ertəsi, təyyarənin uçuşa hazırlaşdırıldığı vaxt baş verdiyi bildirilir. Qəza nəticəsində 39 yaşlı hava limanı əməkdaşı Oscar Robayo ölüb.

Hadisə zamanı təyyarədə olan sərnişinlərdən biri qəzanın anlarını görüb. Sərnişin Matthieu Douvenou bildirib ki, oturacağındakı ekrandan təyyarənin ön eniş təkərini görə bilib. Onun sözlərinə görə, yerüstü xidmət əməkdaşı qəfil büdrəyib və bundan sonra təyyarə geri hərəkət edib. Sərnişin zərbə hiss etdiklərini və baş verənlərin ciddi olduğunu dərhal anladıqlarını deyib.

Beynəlxalq Makinistlər və Aerokosmik İşçilər Assosiasiyası Robayonun hava limanında baqaj və sərnişin xidmətləri göstərən şirkətdə çalışdığını açıqlayıb.

Qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma davam edir.

Mənbə: CBC News

Aynur Camal

Oxşar xəbərlər

Film çəkilişi zamanı at kameramana çırpıldı

Aynur Camal

Venesiya yaxınlığındakı Napoleon qalalı ada satışa çıxarıldı

Aynur Camal

ABŞ hərbi-nəqliyyat təyyarəsi Moskvaya endi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu