7 C
Baku
21 Dekabr 2025, 4:06
Baş xəbər

Havanın temperaturu necə olacaq? -AÇIQLAMA

Bakıda və Abşeron yarımadasında iyulun 24-ü səhərdən 26-sı səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 24-ü axşamdan 25-i səhərədək yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bugun.tv-yə verilən məlumata görə, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enərək, 25-i gündüz saatlarında 25-28 dərəcə isti olacaq.

İyulun 24-ü axşamdan 26-sı axşamadək əsasən dağlıq və dağətəyi ərazilərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Bugün TV

Oxşar xəbərlər

İran: Biz nüvə danışıqlarının yenidən başlaması üçün səylər göstəririk

Aynur Camal

İranda itkin düşmüş azərbaycanlı tələbəyə casusluq ittihamı irəli sürüldü

Kəmalə Sultan

Qərb bölgəsinə yağan yağışlar problemlər yaratdı- FOTO + VİDEO

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu