3 C
Baku
27 Yanvar 2026, 17:41
DünyaHadisə

Havayda tarixin ən dəhşətli fəlakəti: Ölənlərin sayı 80-ə çatdı

Bugun.tv xəbər verir ki, turizm cənnəti Havayın ən böyük adalarından biri olan Maui, tarixində ən böyük meşə yanğını fəlakətini yaşayır. Yanğınlarda həyatını itirənlərin sayı 80-ə çatıb, yüzlərlə insan itkin düşüb. Alovla mübarizə üç fərqli nöqtədə davam edir.

Havay adası yandı
Havay adası

Axtarış işlərinin meyit itləri ilə aparıldığı bir vaxtda ölənlərin sayının arta biləcəyi vurğulanıb. Kolluqlardan qəsəbəyə yayılan Lahaina yanğınının hələ də davam etdiyi, lakin 85 faizinin nəzarət altında olduğu bildirilib. Adada baş verən digər iki meşə yanğınından birinin yüzdə 80, digərinin isə yüzdə 50-nin nəzarət altına alındığı öyrənilib. Alovla mübarizə üç fərqli nöqtədə davam edir.

Adada təbii fəlakət kimi hadisələr zamanı xəbərdar etmək məqsədi daşıyan təcili sirenlərin yanğın zamanı səs vermədiyi iddia edilib.

“Mən nə baş verdiyini dəqiqləşdirmək üçün hərtərəfli araşdırmaya başlamağı tapşırmışam”, – Havay adalarının qubernatoru Coş Qrin ABŞ mediasına verdiyi açıqlamada bildirib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Maduro rəhbərliyini ələ keçirəndən sonra beynəlxalq reaksiya dərinləşdi

Aynur Camal

Hindistan–AB əməkdaşlığı qlobal ticarətdə yeni mərhələ vəd edir

Aynur Camal

Qlobal iqtisadi və siyasi dinamika: yeni mərhələ

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu