Azərbaycan Ermənistan sülh müqaviləsi, mayda sülh sazişi, Məhəmməd Əsədullazadə, Nikol Paşinyan, Ermənistan Konstitusiyası, Vaşinqtonun təşviqi, sülh prosesi, Konstitusiya
Dünya

“İranın Ali Rəhbəri M. Xamenei növbəti mərhələdə vəzifəsindən alınacaq”

Siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşım edərək İranın Ali Rəhbəri M. Xameneiin yaxın gələcəkdə vəzifəsindən uzaqlaşdırılacağını bildirib.

Ekspertin fikrincə, ABŞ və İsrailin İrana qarşı hücumları nəticəsində yaranan böhran dövründə M. Xamenei SEPAH tərəfindən müvəqqəti lider olaraq Ali dini rəhbərliyə gətirilib.

Məhəmməd Əsədullazadə qeyd edib ki, Ekspertlər Şurası M. Xameneinin Ali dini rəhbər postuna hazır olmadığını bildirərək onu təsdiqləməyib. Buna baxmayaraq SEPAH, oğul Xameneini dövlət idarəçiliyində təcrübəsi olmadığı halda keçici lider kimi təyin etməyi seçib.

Ekspert əlavə edib ki, M. Xamenei yalnız atasının — Əli Xameneinin adı ilə bu posta gətirilib və əsasən ticarət sahəsində fəaliyyət göstərib. Onun Londonda mülklərinin olması və Qərblə kölgə ticarəti, eləcə də İran cəmiyyətində güclü lider obrazının olmaması siyasi elita arasında fikir ayrılıqlarına səbəb olub.

M. Əsədullazadə vurğulayıb ki, əgər İranda atəşkəs elan olunarsa və rejim dəyişikliyi baş verməzsə, M. Xamenei Ali rəhbərlikdən uzaqlaşdırılacaq. Onun yerinə siyasi və dini elitanın tam qəbul etdiyi yeni lider seçiləcək. Ekspert həmçinin qeyd edib ki, M. Xamenei müharibə şəraitində də xalq qarşısına keçici lider kimi çıxmayıb.

Aynur Camal

Oxşar xəbərlər

Şahzadə Corcun çəkdiyi balıqçıl quşunun rəsmi jurnalda dərc olunub

Aynur Camal

Təbii bakteriyalar kartof və buğdanın məhsuldarlığını əhəmiyyətli dərəcədə artırdı

Aynur Camal

Tramp və Netanyahu arasında İranla bağlı telefon danışığının gərgin keçdiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu